Əfqanıstanın Cəlalabad şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin istifadə etdiyi qonaq evinə hücum edilib. Əvvəlcə terrorçu-intiharçı ofisin yaxınlığında özünü partladıb. Onun ardınca binada yanğın baş verib
Lent.az-ın «Röyter»ə istinadən məlumatına görə, Ninqərhar əyalətinin sözçüsü Əhməd Ziya Əbdülzai insidentin bu gün axşam baş verdiyini deyib.
Yerli polis əməkdaşı isə hücum zamanı evin partladıldığını bildirib.
Polis komitənin binadakı xəsarət almayan 6 əcnəbi işçisini çıxarıb.
Mənbənin məlumatına əsasən, ofisin yerləşdiyi binanın gözətçisi həlak olub.