Əfqanıstanın cənubunda baş vermiş partlayış nəticəsində koalisiya qüvvələrinin 5 əsgəri həlak olub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda ABŞ silahlı qüvvələrinin təmsilçisi açıqlama verib.
Partlayıcı qurğu yolda gizlədilibmiş.
Təxminən bir həftə öncə Gilmend əyalətində baş vermiş partlayışda Britaniyanın 3 hərbçisi oxşar partlayış nəticəsində həlak olmuşdu.