Əfqanıstanda hərbi baza saxlamaq ABŞ-a lazım deyil
10 may 2013 04:00 (UTC +04:00)

Əfqanıstanda hərbi baza saxlamaq ABŞ-a lazım deyil

ABŞ Əfqanıstandan ordusunu çıxardıqdan sonra bu ölkədə daimi hərbi baza əldə etməyə cəhd göstərməyəcək.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Ağ Evin təmsilçisi Cey Karni jurnalistlər qarşısında çıxışında deyib: «2014-cü ildən sonra ABŞ-ın bu ölkədə mövcdluğu yalnız Əfqansıtan hakimiyyətinin yerli güc strukturları əməkdaşlarının təlimatlandırılması və ya «əl-Qaidə» yaraqlılarının təqib edilməsi ilə bağlı dəvəti əsasında ola bilər».

 

Dövlət Departamentinin təmsilçisi Patrik Ventrell də mayın 9-da keçirdiyi mətbuat konfransında bildirmişdi ki, ordu çıxıdıqdan sonra  amerikalılar Əfqanıstanda daimi hərbi baza saxlamaq niyyətində deyillər.

 

Əfqanıstan prezidenti Həmid Karzay isə deyib ki, təhlükəsizlik haqda ikitərəfli müqavilə imzalamaq üçün ABŞ 9 daimi hərbi saxlamağı tələb edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439
avatar

Oxşar yazılar