Əfqanıstanın şərqindəki Paktiya əyalətində 3 amerikalı hərbçi öldürülüb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, koalisiya qüvvələrinin avqust ayında döyüş şəraitində ilk itkisidir.
Amerikalı hərbçilərin hansı şəraitdə öldürüldüyü açıqlanmır. Paktiya Əfqanıstanın Pakistanla sərhədində yerləşir və “Taliban” Hərəkatı bu vilayətin faktiki bütün kəndlərinə nəzarət edir. Yalnız vilayətin mərkəzinə koalisiya qüvvələrinin dəstəyi ilə hökumət qüvvələri nəzarət edir.