Əfqanıstan paytaxtı Kabilin yaxınlığındakı hərbi bazada koalisiya qüvvələri ilə əfqan əsgəriləri arasındakı atışma nəticəsində bir əfqan hərbçisi həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bir ərzində bu 4-cü basqın hadisəsidir.
NATO bildirib ki, Əfqanıstan hərbçiləri ilə onların xarici həmkarları arasında baş verən münaqişə onların biri-birinə atəşə açmasına səbəb olur.
Mənbənin məlumatına əsasən, daha bir neçə hərbçi yaralanıb.
Məlumatda bildirilib ki, ötən il beynəlxalq qüvvələri itikisinin 15 faizi əfqan hərbçilərinin basqının payına düşür. Bu yöndə çeşidli tədbirlər görülsə də, belə olaylar davam etməkdədir.