Efiopiya polisi 12 nəfəri, o cümlədən dövlət gəlir və gömrük yığımları nazirini korrupsiya ittihamı ilə həbs edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, müttəhim Melaku Fent mayın 10-da həbs olunmuş 3 məmurdan biridir.
Mənbə bildirib ki, bu əməliyyat 2002-ci ildə müdafiə naziri Siye Abrahinin həbsindən sonra polisin keçirdiyi ən irimiqyaslı əməliyyatdır.
Beynəlxalq Şəffaflıq hüquq müdafiə təşkilatının araşdırmasına əsasən, ötən ilin nəticələrinə görə, korrupsiyanın indeksi üzrə 176 ölkə arasında Efiopiya 113-cü yerdədir.