Forbes jurnalının hər il tərtib etdiyi dünyanın ən nüfuzlu qadınları reytinqində ilk pillə Almaniya kansleri Angela Merkelə qismət olub. Son 10 ildə A.Merkel 7-ci dəfədir ki, siyahıya başçılıq edir.
İkinci yeri Braziliya prezidenti Dilma Rusef tutur. İlk beşliyə həmçinin Microsoft-un qurucusu Billa Geytsin həyat yoldaşı Melinda Geyts, ABŞ-ın birinci xanımı Mişel Obama və keçmiş dövlət katibi Hillari Klinton daxil olublar.
2004-cu ildən başlayaraq amerikalı teleparıcı Opra Uinfri (13-cü yer), Britaniya kraliçası II Yelizaveta (40-cı yer), Hindistanın siyasi liderlərindən Sonya Qandi (9-cu yer) və BVF direktoru Kristin Laqard bu reytinqi tərk etməyiblər.