Dünyanın ən bahalı və ən ucuz şəhərləri - <span style="color:red;">SİYAHI
04 mart 2014 15:57 (UTC +04:00)

Dünyanın ən bahalı və ən ucuz şəhərləri - SİYAHI

Dünyanın ən bahalı və ucuz şəhərlərinin siyahısı açıqlanıb. Lent.az-ın “Economist Intelligence Unit” analitik nəşrinin hazırladığı hər iki siyahıya 10 şəhərin adı salınıb.

 

Ən bahalı şəhər kimi Şinqapurun adı qeyd olunub. Şəhər-dövlət möhkəm valyutası (Sinqapur dolları), avtomobil saxlamağın baha başa gəlməsi və kommunal xidmətlərə yüksək ödənişlər üzündən birinci yeri ələ keçirib. Halbuki 10 il öncə Sinqapur yaşayış məbləğinə görə 18-ci yerdə idi. Siyahıya isə Tokio (Yaponiya) başçılıq edirdi.

 

Ən bahalı şəhərlər arasına Paris (Fransa), Sürix (İsveçrə), Sidney (Avstraliya), Oslo (Norveç), Tokio (Yaponiya), Karakas (Venesuela), Cenevrə (İsveçrə), Melburn (Avstraliya) və Kopenhagen (Danimarka) da düşüb.

 

Ucuz yaşayış isə Mumbay (Hindistan), Karaçi (Pakistan), Nyu-Delhi (Hindistan), Dəməşq (Suriya), Katmandu (Nepal), Əlcəzair (Əlcəzair), Buxarest (Rumıniya), Panama (Panama), Ciddə, Riyad (hər ikisi Səudiyyə Ərəbistanı) şəhərlərindədir.

 

Qeyd edək ki, reytinq tərtib olunarkən, analitiklər ildə iki dəfə dünyanın 131 şəhərində yaşayış məbləğini öyrəniblər. Başlanğıc nöqtəsi kimi ABŞ-ın Nyu-York şəhərindəki yaşayış minimumu sayılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2402
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35