Dünya çempionatına 16 milyard dollar xərcləndi
07 may 2013 17:51 (UTC +04:00)

Dünya çempionatına 16 milyard dollar xərcləndi

Braziliya 2014-cü il dünya çempionatı müddətində 600 min turist qəbul etməyə hazırlaşır. Lent.az-ın məlumatına görə, bu barədə ölkənin Turizm İnstitutunun rəsmisi Tufi Netu açıqlama verib.

 

O bildirib ki, mundialla əlaqədar yatırılan sərmayə 16 milyard dollar təşkil edib. Çempionat oyunlarının keçiriləcəyi 12 stadion 31 dekabr 2013-cü ilədək yekunlaşmalıdır.

 

Netunun sözlərinə görə, turistlərin çoxu Latın Amerikasından gələcək. Bu, coğrafi yaxınlıq və qitədə futbola olan ehtirasla bağlıdır.

 

Qeyd edək ki, qarşıdakı dünya çempionatı 2014-cü il iyunun 12-dən iyulun 13-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599
avatar

Oxşar yazılar