Duma cinsi azlıqların təbliğatını yasaqladı
12 iyun 2013 01:23 (UTC +04:00)

Duma cinsi azlıqların təbliğatını yasaqladı

Rusiyanın Dövlət Duması sonuncu, üçüncü oxunuşda həddi-büluğa çatmayanlar arasında qeyri-ənənəvi cinsi əlaqənin təbliğatının aparılmasının yasaqlanması barədə qanun qəbul edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, qanuna 436 deputat səs verib, biri isə tərəfsiz qalıb.

 

Bununla da «Uşaqların sağlığına və inkişafına zərərə vuracaq bütün informasiyalardan qorunması haqqında» federal qanuna dəyişilki əlavə edilib.

 

Bu qanunun pozanlar isə 4 - 5 min rubl həcmində cərimə olunacaq. Vəzifə şəxslər bu halda 10 dəfə çox cərimə ödəyəcək, hüquq  şəxslərin cəriməsi bir milyon rubladək arta bilər. Qanunda qeyd olunub ki, əgər KİV və ya İnternet bu yöndə təbliğat apararsa, onda cərimələr artırılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557
avatar

Oxşar yazılar