Dodaq boyaları mədə xərçəngi yaradır
03 may 2013 05:47 (UTC +04:00)

Dodaq boyaları mədə xərçəngi yaradır

Amerika alimləri 30-dan artıq tanınmış  dodaq boyalarının tərkbini araşdırıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, alimlər həmin kosmetik məmulatda yuxarı dozada ağır metalların, kadimium, xorm, qurğuşun və alüminiumun varlığına əmin olduqlarını bildiriblər.

 

Kaliforniya Universitetinin mütəxəssisləri qeyd edib ki, sutkada iki-üç dəfə dodaq boyasından, pomadadan istifadə edənlərdə mədə xərçənginin yaranması riski çoxdur. Çünki bu zaman onların dərisinə daha çox miqdarda xrom hopur.

 

Mütəxəssislərin sözlərinə görə, dodaqlarını tamahkarcasına boyayanlar yavaş-yavaş zəhərlənirlər.

 

Hesabat müəllifləri sənədin sonunda dodaq boyalarından gec-gec istifadə etməyi məsləhət görüblər.

 

ABŞ-da kosmetik məmulatların tərkibində metallarla  bağlı standartlar olmasa da, Avropa Birliyi dodaq boyalarına zərərverici maddələrin qatılması qəti qadağandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1337
avatar

Oxşar yazılar