Türkiyənin Bingöl bölgəsi polisinin əməliyyatı nəticəsində 200 kiloqram bomba daşıyan avtomobilə ələ keçirilib.
Lent.az-ın «SNNtürk»-ə istinadən məlumatına görə, Türkiyənin Diyarbakır rayonundan gələn maşın Bingölün Gənc qəsəbəsinin girişində saxlanılıb.
Avtomobil sürücüsü dindirildikdən sonra maşında axtarış aparılıb. Bombalar partladılmağa hazır olduğu da məlum olub.
Mütəxəssislər bildirib ki, bu bomba bir kilometrlik əraziyə təsir etmək gücünə malikdir.
Məlumata əsasən, artıq bombalı avtomobilə əlaqədar bir şübhəli saxlanılıb.