OMON Dərbəndi mühasirəyə aldı - YENİLƏNIB
28 iyun 2013 14:57 (UTC +04:00)

OMON Dərbəndi mühasirəyə aldı - YENİLƏNIB

Dərbənd hazırda mühasirəyə alınıb.

 

Lent.az-ın Dərbənddəki mənbələrə istinadən verdiyi məlumata görə, xüsusi təyinatlı polis dəstələri (OMON) məscidlərə cümə namazına gələn sələfiləri (vəhhabilər) xüsusi nəzarətdə saxlayır. Şəhərin giriş və çıxış yolları bağlanıb. Məscidlərə gedən yollarda postlar qurulub.

 

 

Qeyd edək ki, bu gün  səhər saatlarında Dərbənddə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin yüksək rütbəli əməkdaşının olduğu avtomobil partladılıb. Partlayıcı qurğu “Leksus” markalı avtomobilin altına yerləşdirilib. Partlayış nəticəsində avtomobildə olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin yüksək rütbəli əməkdaşı yaralanıb və o, xəstəxanaya yerləşdirilib.

 

Partlayışdan sonra şəhər mühasirəyə alınıb. Hüquq-mühafizə orqanları partlayışı radikal dini qruplaşmaların törətməsi ilə bağlı versiya üzərində işləyir. Hazırda polis şəhərdə avtomobilləri saxlayaraq yoxlayır, cümə namazından çıxan sələfilər Dərbənd Şəhər Polis İdarəsinə aparılır. İndiyə qədər 200-ə qədər sələfi saxlanılıb.

 

13.38

 

Bu gün Dərbənddə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin əməkdaşlarının olduğu avtomobil partladılıb.

 

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, partlayıcı qurğu “Leksus”markalı avtomobilin altına yerləşdirilib.

 

Partlayış nəticəsində avtomobildə olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin baş leytenantı yaralanıb. O, xəstəxanaya yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3565

Oxşar yazılar

Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular

575 bal yığan abituriyenti evdən qovdular

17 iyul 2025 , 15:09