Dəməşq müxalifətlə danışıq aparmağa hazır deyil
02 oktyabr 2013 20:41 (UTC +04:00)

Dəməşq müxalifətlə danışıq aparmağa hazır deyil

Suriyadakı rejimin informasiya naziri Omran əz-Zuabi «RT» telekanalına müsahibəsində bildirib ki,  ölkədəki münaqişənin tənzimlənməsi üçün «xarici hərbi müdaxiləyə» çağırış etməyən müxalifətlə suriyalıların çoxu tərəfindən dəstəklənən hakimiyyət təmsilçiləri arasında keçirilməlidir.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, əlavə edib: «Biz terrorçularla danışıqlar aparmağa hazılaşmırıq. Fikrimizcə, BMT, ABŞ, Rusiya və başqa maraqlı tərəflər bizdən terrorçularla danışıqlar aparmağımızı istəməyəcək. Biz yalnız əli qana batmayan, Suriyaya qarşı təcavüzkar mövqedən çıxış etməyən suriyalılarla danışıq aparacağıq».

 

Əz-Zubai qeyd edib ki, dinc siyasi tənzimləmə dedikdə, iki tərəfin iştirakı nəzərdə tutulur.

 

«İndi cavab gedişi Cenevrə konfransında prinsipcə iştirak etmək istəməyənlərdə və həmin tədbirə qatılmaq üçün ilkin şərtlər irəli sürənlərindir» - deyə, nazir söyləyib.

 

O, Suriyadakı kimyəvi silahların ləğvi ilə bağlı problemin olmayacağını da vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594
avatar

Oxşar yazılar