İsrail-Fələstin birbaşa danışıqlarının birinci mərhələsi avqustun ortalarında İsraildə keçiriləcək.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, uyğun bəyanatla İsrailin ədliyyə naziri Tsipi Livni çıxış edib.
«Fələstinlilərlə əldə olunan razılığa əsasən, ilk görüşlər bir dəfə İsraildə, bir dəfə isə Fələstin Muxtariyyətin ərazisində gerçəkləşəcək. Növbəti görüş avqustun ikinci həftəsində İsraildə keçiriləcək»- deyə, sülh danışıqlarında iştirak edən İsrail nümayəndə heyətinin başçısı nazir bildirib.
Xatırladaq ki, İsrail və Fələstin nümayəndələrinin görüşü 3 illik fasilədən sonra iyulun 29-da Vaşinqtonda bərpa olunub.