Əfsanəvi "The Beatles" Britaniya qrupunun üzvləri Con Lennon və George Harrisonun çaldıqları Nyu Yorkda hərracda 408 min dollara satılıb. Lent.az-ın BBC-ə istinadən verdiyi məlumata görə, VOX şirkəti tərəfindən 1966-cı ildə xüsusi sifarişlə hazırlanmış musiqi aləti, Nyu-Yorkda naməlum ABŞ sakini tərəfindən alınıb.
Harrison 1967-ci ildə "Magical Mystery" adlı konsert zamanı "I Am The Walrus" mahnısını bu gitarayla ifa edib.
Lennon isə "Hello, Goodbye" video klipində həmin ildə bir müddətdən sonra bu gitara ilə çıxış edib.
Julien’s hərracı təşkilatçıları gitaranın təxmin edilən $ 200,000 - $ 300,000 ilkin dəyərindən daha baha satıldığını deyiblər.
1960-cı illərdə Con Lennon həmin qitaranı "The Beatles" qrupu pərəstişkarları dərnəyinin üzvü "Magic Aleks" ləqəbli Mardas Aleksisə 25 yaşı tamam olması münasibətilə hədiyyə etmişdi.
Musiqi alətinin arxasındakı lövhəcikdə bu sözlər yazılıb: "Sehrli Aleks/Aleksi çox sağol/dostluğun üçün təşəkkür edirəm / 2-5-1967 John/".
Mardas Aleksis isə həmin qitaranı 2004-cü ildə satıb.