Con Kerrinin Misirdə baş verənlərə münasibəti
28 iyul 2013 02:07 (UTC +04:00)

Con Kerrinin Misirdə baş verənlərə münasibəti

ABŞ-ın dövlət katibi Con Kerri Misirdə ordunun dinc etirazçılara odlu silahdan atəş açmasına münasibət bildirib.

 

Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, amerikalı diplomat baş verən olayı «kütləvi qətl və zor tətbiqi»ni dilə gətirərək, deyib: «Bu ifrat gərgin durumda Misir hakimiyyəti sərbəst toplaşmaq, söz və mətbuat azadlığına hörmət etməli, mənəvi və hüquqi normaları qorumalıdır».

 

Kerrinin yazılı açıqlamasında ölkənin müvəqqəti prezidentinin müavini Məhəmməd əl-Baradey, müvəqqəti daxili işlər naziri Nəbil Fəhmi, Avropa Birliyinin ali komissarı Ketrin Eştonla telefonla  danışdığı da qeyd edilib.

 

C.Kerri açıqlamasında Qahirə və İsgəndəriyyədə son 24 saatda çoxlu sayda etirazçının  ölümünə və mindən çox insanın yaralanmasına səbəb olan qətldən «dərindən qayğılandığını» vurğulayıb.

 

O, həlak olanların ailələrinə baş sağlığı verib, yaralılara isə şəfa diləyib.

 

Kerri iyulun 27-də Misirdə yaşanan olaylarla bağlı «müstəqil və tərəfsiz araşdırma aparılmağa» və  ölkədəki bütün siyasi qüvvələri mövcud vəziyyətdən çıxmaq üçün təcili tədbirlər görməyə çağırıb. 

 

Xatırladaq ki, prezident Məhəmməd Mursi derildikdən sonra iyulun 27-də ən qanlı olay yaşanıb. Mursi tərəfdarlarına təhlükəsizlik qüvvələri güc tətbiq edib. «Müsəlman qardaşları» hərəkatının açıqlamasına əsasən, 120 nəfər etirazçı öldürülüb.

 

Baş verənlərdən sonra ölkənin müvəqqəti  daxili işlər naziri belə bir ismarıc verib: ««Rəbiət- ül- Ədaviyyə»meydanını boşaldacağıq».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699
avatar

Oxşar yazılar