Çinli məmur rüşvətə görə ömürlük iş alıb
05 may 2013 01:48 (UTC +04:00)

Çinli məmur rüşvətə görə ömürlük iş alıb

Çinin Nankin şəhərinin hakimi Şandun əyaləti xalq hökuməti sədrinin müavini Xuan Şeni azadlıqdan ömürlük məhrum edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, rüşvət almaqda ittiham olunub. Hakim keçmiş məmurun bütün əmlakının müsadirə edilməsi barədə də qərar çıxarıb.

 

«Sinxua» rəsmi dövlət agentliyi bildirib ki, Xuan Şeen 1998-ci ilin yarısından 2011-ci ilin avqustunadək Deçjounun valisi, bu şəhərin partiya komitəsinin katibi, və Şandun əyaləti hökumətinin sədr müavini vəzifələrində işləyib. Bu müddət ərzində onun sahibkarlar və dövlət qulluqçularında 2 milyon dollar həcmində rüşvət aldığı müəyyənləşib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676
avatar

Oxşar yazılar