Cinayətkarlar hospitaldan qaçıblar
27 iyul 2013 17:08 (UTC +04:00)

Cinayətkarlar hospitaldan qaçıblar

 

Hərbi cinayətlərlə bağlı mühakimə olunan Qustavo Ramon de Marçi və Xorxe Antonio Olivera Argentinanın paytaxtı Buenos-Ayresdə hərbi hospitaldan qaçıblar.

Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, həmin şəxslər diktatura dönəmində - 1976-83-cü illərdə insanlıq əleyhinə cinayət törətməkdə günahkar sayılıblar.

Məhkəmə iyulun 5-də Qustavo Ramon de Marçi və Xorxe Antonio Olivera ilə bağlı hökm verib. Onlar 1976-cı ildə Fransa vətəndaşı olan model Mari Ann Eriz Tisonun oğurlanmasında iştirak etməkdə və digər cinayətlərdə ittiham olunublar. Xorxe Antonio Olivera ömürlük, Qustavo Ramon de Marçi isə 25 il azadlıqdan məhrum olunub.  Qustavo Ramon de Marçi və Xorxe Antonio Olivera bu gün həkim yoxlamasından keçmək üçün hərbi hospitala gətiriliblər. Ancaq penitensiar sistemin əməkdaşları onların hospitaldan qaçışının qarşısını almağı bacarmayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724
avatar

Oxşar yazılar