Çin yeni islahatlara hazırlaşır
09 noyabr 2013 07:51 (UTC +04:00)

Çin yeni islahatlara hazırlaşır

Çin Kommunist Partiyasının plenumu 4 günlük işə başlayıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, dərin iqtisadi islahatlarla bağlı partiyanın plan qəbul edəcəyi gözlənilir.

 

 

Qurumun rəhbərliyi ötən il seçilib. Plenumda ölkənin yaxın 10 üçün inkişaf yolu müəyyənləşdirilməlidir.

Toplantının başlıca gündəlik məsələləri daxili bazarın tələbatı ilə iqtisadiyyatın yenidən yönləndirilməsi, maliyyə və torpaq islahatlarının aparılmasıdır.

 

Mütəxəssislər bu plenumu 35 il öncəki eyni yığıncaqla müqayisə edir. Həmin plenumda o vaxtkı lider Den Syaopin Çinin bazar iqtisadiyyatına keçməsində israr etmişdi.

 

Mənbə bildirib ki, indiki vəziyyətdə partiyanın islahatlar blok edəcək gücə malik mühafizəkar qruplar arasında nüfuzu böyükdür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880
avatar

Oxşar yazılar