Çin polisi odlu silahla onlarla uyğur türkünü öldürüb
26 iyun 2013 21:45 (UTC +04:00)

Çin polisi odlu silahla onlarla uyğur türkünü öldürüb

Çin hakimiyyəti ölkənin şimal-qərbində Uyğur-Sincan Muxtar Əyalətinin mərkəzi Urumçidən 280 km aralı, Turfan şəhərinin Lukqun qəsəbəsində uyğurlara qarşı yeni təxribatlar təşkil etməkdə suçlu bilinir.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, baş vermiş qarşıdurma nəticəsində azı 27 uyğur türkü qətlə yetirilib.

 

Dövlətin rəsmi xəbər agentliklərinin yaydığı xəbərə görə, «əli bıçaqlı kişilər yerli polis idarəsinin binasına basqın edib».

 

Çinin rəsmi Sinxua agentliyinin məlumatına əsasən, «9 polis, 8 mülki vətəndaş öldürülüb».

 

Bununla belə polisin odlu silahdan açdığı atəş nəticəsində 10-dan çox uyğururn öldüyü haqda da məlumat yayılıb.

 

Xatırladaq ki, son illər Pekin Uyğur Muxtar Əyalətində süni şəkildə çinlilərin köçünün təşkil edir. Bununla da bölgədə uyğurların sayını süni şəkildə azaldır. Belə bir durum isə təbii olaraq, yerli əhalinin etirazı ilə qarşılanır. Milli Muxtariyyətə malik olmalarına baxmayaraq, Çin hakimiyyəti oradakı uyğur türklərinə qarşı milli , dini məsələlərdə təzyiqlər etməklə, bu etnik qrupu assimilyasiya etməyə çalışır.

 

Onu da qeyd edək ki, 2009-cu ildə Pekinin  Urumçuda törətdiyi ixtişaşlar nəticəsində iki yüzdən çox uyğur türkü qətlə yetirilmişdi.

 

Bu ilin aprelində baş vermiş olaylar zamanı 21 uyğur həyatını itirmişdi.

 

Baş verənlərdə Çin hakimiyyəti bir qayda olaraq, uyğur türklərini ittiham edir və olayları «müsəlman terrorçularının törətdiyini» bəyan edir.

 

Son olaylarla bağlı məlumatlar da yalnız Pekinin rəsmi informasiya vasitələri ilə yayıldığından dünya ictimaiyyəti Uyğur Muxtar Əyalətində baş verən olaylar haqdabağlı doğru məlumat əldə edə bilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782
avatar

Oxşar yazılar