Cibgir polisi QİÇS-ə yoluxdurmaq istəyib
29 oktyabr 2013 07:43 (UTC +04:00)

Cibgir polisi QİÇS-ə yoluxdurmaq istəyib

Brüsseldə cibgiri polis həbs etdikdən sonra o, qeyri-adi üsulla asayiş keşikçisindən qisas almaq istəyib.

 

Lent.az-ın «vesti.ru»-ya istinadən məlumatına görə, cibgir polisin barmağını dişləyib və üzünə tüpürüb. O, asayiş keşikçisinə QİÇS-ə tutulduğunu və polislə «birlikdə öləcək»-lərini deyib.

 

26 yaşlı polis məntəqəsində də özünü əsəbi aparıb. Barmaq izləri götürülən zaman o, polisə basqın edib.

 

 

Cibgirin QİÇS virusunun daşıyıcısı olması hələlik məlum deyil. Hakimiyyət ümid edir ki, bütün hallarda polis bu xəstəliyə yoluxmayacaq, çünki oğru dişləyən zaman asayişçi əlcəkdə olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797
avatar

Oxşar yazılar