Çexiyanın baş naziri də boşanır
11 iyun 2013 22:23 (UTC +04:00)

Çexiyanın baş naziri də boşanır

Dövlət rəsmiləri arasında boşanma deyəsən dəbə minib. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Çexiya hökumətinin başçısı Petr Neças boşandığını elan edib.

 

Onun adından yayılan bildirişdə deyilib: «Biz ailə həyatımızda anlaşmağa çalışdıq. Hələ ki biz yaranmış vəziyyətdən çıxış yolu tapa bilmirik. Bununla belə biz biri-birimizə və uşaqlarmıza hörməti saxlamağa çalışırıq».

 

Bəyanata əsasən,  Neçasın iki həddi-büluğa çatmayan qızı var. Onlar analarının himayəsinə veriləcək. Ataları isə onların təhsilinə yardım edəcək.

 

Petr və Radki Neçasın daha iki yetkin oğlanları var.

 

Bu cütlüyün ailə həyatı 25 il sürüb. Cari ilin yanvarında Neças bir neçə aydır  xanımı ilə birlikdə yaşamadığını bildirmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888
avatar

Oxşar yazılar