Oktyabrın 26-da Çexiyada keçirilən növbədənkənar parlament seçkiləri başa çatıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ölkə TV - si Mərkəzi Seçki Komissiyasına əsaslanaraq, bu haqda xəbər yayıb.
İlkin hesablamalara görə, Çexiya Sosial Demokrat Partiyası irəlidədir. İkinci yerdə Yeni Partiya «ANO-2011», üçüncü yerdə Çexiya Kommunist Partiyasıdır.