Çexiyada koalision hökumət qurulacaq
27 oktyabr 2013 00:34 (UTC +04:00)

Çexiyada koalision hökumət qurulacaq

Çexiyada keçirilən növbədənkənar parlament seçkisi başa çatıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, səslərin sayılması başa çatıb.

 

Sol mərkəzçi Sosial Demokrat Partiyası 24,45 faiz səslə bu siyasi kampaniyanın qalibi olub.

 

Bununla da sosdemlər parlamentdəki 200 yerdən 50-ni qazanıb. Ancaq bu hökumətin formalaşmasına yetərli deyil. Ona görə partiya artıq qurulacaq koalision hökumətdə bağlı danışıqlara başlayıb. Onların əsas müttəfiqi kommunistlər 14,91 faiz səslə üçüncüdür. Bu partiya parlamentdəki yerlərdən 33-ünə yiyələnib.

 

İkinci yerdə isə yeni sağ mərkəzçi «Qane olmayan vətəndaşların  Aksiyası» Partiyasıdır. Onların 18,55 faiz səsi var. Bu səslə onlar parlamentdə 47 kreslo qazanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511
avatar

Oxşar yazılar