Cəlal Talabani ölüb?
09 may 2013 22:29 (UTC +04:00)

Cəlal Talabani ölüb?

İraq prezidenti Cəlal Talabaninin səhhətində yaranmış problem neçə aydır diqqət mərkəzindədir.

 

Lent.az-ın «CNNTürk»-ə istinadən məlumatına görə, kürdlərə aid İnternet saytları İraq prezidentinin vəfat etdiyini, ancaq bunu kimsənin açıqlamaq istəmədiyini iddia ediblər.

 

Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) sözçüsü xalqın belə xəbərlərə inanmadığını vurğulayaraq,  Talabaninin sağlıq durumunun yaxşı olduğunu bildirib.

 

«Avestakurd.com» adlı kürdcə yayımlanan internet saytının yaydığı xəbərə əsasən,  Cəlal Talabaninin sağlığı ilə bağlı xəbərləri yaxından izləyən və Ərbildə yaşayan Rebvar Kerim Vell adlı bir qəzetçi ötən gün axşam «Twitter» hesabında İraq prezidentinin həyatdan köçdüyünü yazıb.

 

Həmin sayt bildirib ki,  Talabani ailəsinə yaxın qaynaqlar KYB-də problemlərin yaşanmaması məqsədi ilə həssas davranırlar.

 

Rebvar Kerim Vell yazdığı yazıda C.Talabaninin həyat yoldaşı Hero İbarhim Əhmədin bir neçə gün öncə İran prezidenti Mahmud Əhmədinejadı ziyarət etməsini də ölüm xəbərinin çatdırılması ilə əlaqələndirib. Qəzetçi iddia edib ki, M.Əhmədinejad Talabani ailəsinə yaxındır və İraq prezidentinin xanımı KYB-də problemlərin qarşısının alınması məsələsində ondan yardım istəyib.

 

Xəbərdə C.Talabninin hansı gün və saat neçədə öldüyü bildirilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006
avatar

Oxşar yazılar