Çeçenlərin Saratovdan çıxarılması tələb olunur
10 iyul 2013 00:09 (UTC +04:00)

Çeçenlərin Saratovdan çıxarılması tələb olunur

Saratov vilayəti Puqaçov şəhərinin sakinləri iyulun 9-da gecə Samara-Saratov avtomobil yolunu kəsib.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, onlar yerli sakinin çeçen yeniyetmə tərəfindən qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçirərək, istintaqın obyektiv aparılmasını, çeçenlərin şəhərdən çıxarılmasını tələb ediblər.

 

Xatırladaq ki, ötən həftənin sonunda  qızla bağlı gənclər arasında dava-dalaş düşüb. Nəticədə Ruslan Mərcanov adlı desant bıçaqla qətlə yetirilib. Onu öldürənin yeniyetmə çeçen olduğu ehtimal edilir.

 

Növbəti gün şəhər meydanına yüzə yaxın  sakin toplaşaraq, Mərcanovun qisasını alacaqlarını bildiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 914
avatar

Oxşar yazılar