Kuba hakimiyyət orta məktəblərdə riyaziyyat üzrə universitetlərə bölgələr səviyyəsində daxil olmaq üçün buraxılış imtahanlarının nəticələrinin elan olunmasını təxirə salıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb imtahan suallarının cavablarının oğurlanması göstərilir.
Doğur cavablar hazırlıq kurslarının iki professoru tərəfindən «sızdırılaraq», arzu edilənlərə satılıb. Valideynlərin çoxu əvvəlcədən həmin cavabları alıb.
Hər iki professor şübhəli şəxs qismində saxlanılıb. Hakimiyyət məsələni dərindən araşdıracağını vəd edib.
Kuba Təhsil Nazirliyi isə iyulun birində təkrar imtahanların keçiriləcəyini artıq bildirib.