Beynəlxalq Valyuta Fondunun (BVF) başçısı Kristin Laqard xəbərdarlıq edərək, bildirib ki, ABŞ-ın büdcə siyasəti böhrandan çıxmazsa, bu Amerika və dünya iqtisadiyyatına güclü zərbə vuracaq.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, deyib ki, dövlət borcunu ödəmək və defoltdan yayınmaq üçün siyasilər razılaşa bilər.
ABŞ maliyyə naziri öz növbəsində xəbərdarlıq edib ki, əgər Vaşinqtonda böhran həll edilməzsə, o, zaman Amerikanı ağır tənəzzül gözləyir.
Prezident Barak Obama ilə konqres üzvləri razılaşmazsa, o zaman ABŞ hökumətinin maliyyə vəsaiti oktyabrın 17-də qurtaracaq.