Buş baba oldu
15 aprel 2013 11:47 (UTC +04:00)

Buş baba oldu

ABŞ-ın sabiq prezidenti Corc Buş baba olub.

Lent. az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Corc Buşun qızı Jenna Hagerin qızı dünyaya gəlib.

Ananın durumunun yaxşı olduğu söylənilir. Corc Buş həyat yoldaşı Laura Buş ilə birlikdə nəvələrini Nyu-Yorkdakı xəstəxanada ziyarət edib və nəvəsinin dünyaya göz açmasına çox sevindiyini bildirib.

 

Qeyd edək ki,  32 yaşlı Jenna atasının 2004-cü ildəki seçki kampaniyasında tanış olduğu Henry Hager ilə 2008-ci il mayın 10-da evlənib. Jenna “Today” telekanalında çalışır.

# 525
avatar

Oxşar yazılar