Ermənistan əhalisinin sayı 1 oktyabr 2013-cü ilə olan məlumata əsasən, ilin əvvəli ilə müqayisədə 10 min nəfər azalıb.
APA-nın “Ranarmenian.net”ə istinadən xəbərinə görə, bu barədə ölkənin Milli Statistika Xidməti açıqlama yayıb.
Ötən ayın əvvəlində Ermənistan əhalisinin sayı 3 mln. 17 min nəfər təşkil edib ki, bunun da 1 913 400-ü şəhərlərdə, 1 103 600-ü isə kənd yerlərində yaşayır.
Bu ilin 9 ayı ərzində Ermənistanda yeni doğulanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% azalaraq 30 477 təşkil edib. Eyni zamanda ölüm halları da 3% azalaraq 20 268-ə düşüb.