Bu gün Fransada ilk homoseksual nikah rəsmiləşəcək
29 may 2013 18:02 (UTC +04:00)

Bu gün Fransada ilk homoseksual nikah rəsmiləşəcək

Bu gün Fransa tarixində ilk dəfə Monpelye şəhərində eyni cinsdən olan 2 şəxsin nikahı rəsmiləşəcək. Lent.az-ın “Liberation” qəzetinə istinadla xəbərinə görə, saat 17.30-da (Bakı vaxtı ilə 20.30) baş tutacaq mərasimə görə ciddi təhlükəsizlik tədbirləri görülüb. Polis bələdiyyə binasını mühasirəyə alıb. Mümkün təxribatı önləmək üçün dəvətlilər də ciddi yoxlamadan keçərək salona buraxılacaq. Hadisəni izləmək üçün dünyanın müxtəlif yerlərindən 200 jurnalist gəlib.


Evlənənlərdən biri 40, digəri 30 yaşındadır. Onların dediklərinə görə, son günlərdə çox sayda bahalı hədiyyə qəbul ediblər.
 

Cütlük mərasimdən sonra Braziliyaya yola düşəcək. Toy isə 2014-cü ilə nəzərdə tutulub.
Qeyd edək ki əhalinin ciddi etirazlarına baxmayaraq, Konstitusiya Şurası “hamı üçün evlilik” qanununu 17 mayda ratifikasiya edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927
avatar

Oxşar yazılar