Britaniyalı jurnalisti Misirdə güllələdilər
14 avqust 2013 19:18 (UTC +04:00)

Britaniyalı jurnalisti Misirdə güllələdilər

Britaniyanın “Sky News” telekanalının əməkdaşı Mik Din Misirdə həlak olub.APA-nın xəbərinə görə, telekanalın rəhbərliyi faktı təsdiqləyib: “Operator Mik Din bu səhər Misirdə güllələnib. O, bizim telekanalda 15 il fəaliyyət göstərib, Vaşinqton və Yerusəlimdə çalışıb, Misirdə isə Qahirədə baş verən hadisələri işıqlandıran komandanın üzvü idi. Qrupun digər üzvləri zərər çəkməyib”.

 

Britaniyanın baş naziri Devid Kemeron jurnalistin ölümü ilə əlaqədar onun yaxınlarına və həmkarlarına başsağlığı verib.

 

Misir mediası nümayişin dağıdılması zamanı britaniyalı jurnalistin ürəyindən güllə yarası aldığını xəbər verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 427
avatar

Oxşar yazılar