Britaniyaya mühacirət etmiş somalilərin Somaliyə pul köçürmələri çətinləşəcək.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Britaniyanın ən iri «Barclay's» bankı pul köçürməsi edən yüzə yaxın firmanın hesabını bağlayıb. Bu maliyyə qurumu onun vasitəsi ilə «çirkli pulların yuyulmasından» ehtiyat edir. Çünki Somalidə artıq çoxdandır bank sistemi fəaliyyət göstərmir.
Belə bir neçə firma, o cümlədən Britaniyanın «Dahabshiil» iri şirkəti bildirib ki, «Barclay's» yeni siyasəti ilə bağlı onlara bir ay möhlət verib. Bundan sonra yeni qayada qüvvəyə minəcək.
«Əl-Qaidə» ilə əlaqədə şübhəli bilindiyi üçün ABŞ-da belə pul köçürmələri dayanıb.
Aparılan təxmini araşdırmaya əsasən, mühacirlər hər il vətənlərinə 350 milyard dollar pul göndərir.