Britaniya dövlət xərclərini azaldacaq
27 iyun 2013 07:23 (UTC +04:00)

Britaniya dövlət xərclərini azaldacaq

Britaniyanın maliyyə naziri Corc Osborn dövlət büdcəsinə ciddi qənaət proqramı çərçivəsində gələcəkdə xərclərini azaldılacağını elan edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu tədbirin gerçəkləşdirilməsində məqsəd büdcə defisitindən qurtulmaqdır. 2015 - 2016-cı ildə dövlət xərclərinin 11,5 milyard funt sterlinq ixtisar ediləcəyi planlaşdırılıb.

 

Britaniyanın dövlət sektorunda çalışan milyonlarla məmuru maaşının artmasından avtomatik olaraq, mərhum olacaq. Bununla belə dəmiryolu, avtomobil yolları və yaşayış binalarının tikintisi üçün dövlət xərclərinin artacağı ehtimal edilir.

 

Osborn qeyd edib ki, Britaniya avrozonadakı böhrana və neftin bahalaşmasına qarşı mübarizə aparmalıdır.

 

Kölgə naziri Ed Bolls isə  İctimai Palatada bildirib ki, bu hökumətin ciddi qənaət proqramının iflasının göstəricisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380
avatar

Oxşar yazılar