Noyabrda Cenevrədə Suriya məsələsi üzrə beynəlxalq konfrans keçirilməli idi. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə özəl təmsilçisi Lahdar Brahimi amerikalı və rusiyalı diplomatlarla görüşdən sonra bildirib ki. Həmin konfrans təxirə salınıb.
Təmsilçi ilin sonunadək həmin tədbirin keçirilməsi istiqamətdə çalışacağını da bildirib.
Onun sözlərinə əsasən, konfransın baş tutmamasına başlıca mane müxalifətin «Cenevrə-2»-də iştirakıdır.
Müxalifət Bəşar Əsədəin hakimiyyətdən getməsini, İranın konfransa qatılmamasını şərt kimi irəli sürür. Rusiya isə İslam Respublikasının bu konfransda iştirakını tələb edir.
Brahimi əlavə edib ki, noyabrın 25-də amerikalı və rusiyalı diplomatla yenidən görüşəcək.