Partlayış Boston fəzasında uçuşu yasaqladı
16 aprel 2013 03:11 (UTC +04:00)

Partlayış Boston fəzasında uçuşu yasaqladı

ABŞ hakimiyyəti Bostonun hava məkanında uçuşu yasaqlayıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb kimi bir gündə şəhərdə üç partlayış göstərilib.

 

Xatırladaq ki, iki partlayış marafonun keçirildiyi ərazidə iki dəfə, bir dəfə də Con Kennedi adına prezident kitabxanasında olub.

 

«Assoşieytd press»in məlumatında bildirilib ki, hakimiyyət Bostonda cib telefonlarını qapadıb. Ehtimal olunur ki, partlayışlar cib telefonları vasitəsi ilə gerçəkləşdirilib.

 

# 490
avatar

Oxşar yazılar