Bosniya və Hersoqovina prezidenti korrupsiyada ittiham olunur
27 aprel 2013 02:04 (UTC +04:00)

Bosniya və Hersoqovina prezidenti korrupsiyada ittiham olunur

Bosniya – Hersoqovina Federasiyasının prezidenti Jivko Budimir və hakimiyyətin bölgələrdəki 19 təmsilçisi korrupsiyada şübhəli bilinərək, həbs olunub.

 

Lent.az-ın «Röyter»ə istinadən məlumatına görə, prokurorluq nümayəndəsi deyib : «Budimir və hakimiyyətin 19 nümayəndəsi həbs olunub. Sonrakı fəaliyyətlə bağlı prokurorluq qarşısında cavab verəcək».

 

Bosniya  - Hersoqovina Federasiyası iki hissədən ibarətdir -  müsəlman və xorvatlardan ibarət Bosniya – Hersoqovina, bir də Serb Respublikası. Xorvat Budimir  ölkənin 11-ci prezidentdir. O, 2011-ci il martın 11-dən vəzifəsinin icrasına başlayıb.

 

Bosniya KİV-in məlumatına əsasən, Budimir ötən il uyğun təqdimat olmadan 96 məhbusu əfv edib. Onları siyasi dairələrlə bağlı olan cinayətkarlar olub. 

# 611
avatar

Oxşar yazılar