Suriyada vətəndaş münaqişəsi başlayandan bəri yüz mindən çox insan həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bunu BMT-nin baş katibi Pan Ge Mun bildirib.
O, bunu Nyu-Yorkda ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşü zamanı söyləyib.
Kerri və Pan Qi Mun Suriyadakı münaqişənin tezliklə siyasi həllinin tapılmasının vacibliyini qeyd ediblər.
Qeyd edək ki, BMT iyunda Suriyada 93 min insanın həlak olduğunu bildirmişdi.