Birmada (Myanma) buddistlərin müsəlmanlara qarşı həmlələr yenə başlayıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, yetim müsəlman uşaqların qaldığı ev və məscid yandırılıb.
Yaralılar və həlak olanlar barəsində hələlik məlumat yayılmayıb.
Olay mayın 28-də ölkənin şimal-şərqində Laşio şəhərində müsəlmanların yanğın törətməsi ilə bağlı xəbərin yayıldıqdan sonra başlayıb. Həmin şayiəyə əsasən, yerli müsəlmanlar buddist qadını diri-diri yandırıb.
Ötən il Laşio ölkənin etno-dini qarşıdurma yaşanan üçüncü şəhəri olub.