Bidzina İvanişvili minarə qalmaqalına aydınlıq gətirdi
02 sentyabr 2013 15:22 (UTC +04:00)

Bidzina İvanişvili minarə qalmaqalına aydınlıq gətirdi

“Çala kəndində minarə qanunsuz tikilib.”


 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri Bidzina İvanişvili Gürcüstanın xaricdə akkreditə olunmuş səfirlər və xarici nümayəndələr qarşısında çıxış edərkən bildirib.

 

Onun sözlərinə görə, bu özbaşınalığa və qanunsuzluğa hakimiyyət göz yuma bilməz. Baş nazir hesab edib ki, Adıgün rayonunda baş verənlərin dinlə bağlılığı yoxdur: “Gürcüstanda dini dözümlülük  və dini duyğulara hörmət nəinki bizim dini adət-ənənəmizdə, eyni zamanda Konstitusiyamızda var. Məhz bu baxımdan Çela kəndində baş verənlərin din ilə əlaqəsi yoxdur. Ölkədə dinlərarası konsolidasiya və sülhün heç bir alternativi yoxdur.”

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706
avatar

Oxşar yazılar