Berluskoniyə qarşı ittiham qüvvədə qalıb
09 may 2013 07:05 (UTC +04:00)

Berluskoniyə qarşı ittiham qüvvədə qalıb

Milanın appelyasiya məhkəməsi İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni

barəsində çıxarılmış hökmü qüvvədə saxlayıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, vergidən yayınmaqda ittiham olunub.

 

Ötən ilin oktyabrında Berluskoni «Mediaset» dərman şirkətinin maliyyə fırıldaqlarında əli olduğunu etiraf etmişdi. Onda  məhkəmə keçmiş baş naziri 4 il azadlıqdan məhrum etsə də, sonrada onu 12 ayadək azaltmışdı.

 

Bu ilin martında Berluskoniyə qarşı «danışıqları qanunsuz dinləmə» maddəsi ilə də  təqsirli bilinərək, bir azadlıqdan məhrum edilmişdi. O, siyasi rəqiblərinə qarşı mübarizə məqsədi ilə qardaşına məxsus qəzetə polisin xidməti məqsəd üçün dinlədiyi materialları  ötürmüş və orada çap etdirmişdi.

 

Bundan başqa Berluskoni «həddi-büluğa çatmayan Kərimə Mahruğa  cinsi zorakılıq tətbiq etməkdə» də  suçlu bilinir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428
avatar

Oxşar yazılar