Bənazirin oğlu seçkidə Pakistanda olmayacaq
05 may 2013 03:18 (UTC +04:00)

Bənazirin oğlu seçkidə Pakistanda olmayacaq

Qətlə yetirilmiş keçmiş baş nazir Bənazir Bhuttonun oğlu Bilaval Bhutto parlament seçkisi ərəfəsində ölkəni tərk edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Bilaval Pakistan Xalq Partiyasına başçılıq edir. Tərəfdarlarının qənaətincə, seçkiqabağı mübarizə zamanı o, həyatı üçün gerçək təhlküə ilə üzləşə bilər. Ona görə də sui-qəsddən yayınmaq məqsədiilə partiya lideri ölkəni müvəqqəti olaraq, tərk edib.

 

Xatırladaq ki, mayın 11-də Pakistanda parlament seçkilərinin keçiriləcəyi gözlənilir.

 

Onu da qeyd edək ki, seçki qabağı ölkədə gərginlik yüksəlib. Pakistanda kütləvi terror aksiyaları törədilib, artıq 70 çox insan həlak olub. Mayın 3-də islamabadda Bənazir Bhuttonun qətlini araşdıran prokuror Çaudhuri Zülfiqar Əli güllələnib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464
avatar

Oxşar yazılar