Bəhreyn hakimiyyəti «14 fevral koalisiyası» gənclər hərəkatının bir neçə lideri «terrorçu təşkilatlarla əməkdaşlıq» şübhəli bilinərək, həbs olunub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, prokurorluq bildirib ki, bu gənclər bir neçə xarici ölkədə, o cümlədən İrandakı hərbi düşərgələrdə təlim keçiblər.
Mənbənin bildirdiyinə əsasən, 2011-ci ildə «ərəb baharı»dan sonra Bəhreyndəki siyasi vəziyyət gərgin olaraq, qalmaqdadır.