Baş nazirin müavini xaricilərlə görüşdüyü üçün işdən çıxarılıb
29 oktyabr 2013 22:14 (UTC +04:00)

Baş nazirin müavini xaricilərlə görüşdüyü üçün işdən çıxarılıb

Hökumətdə işinin öhdəsindən gələ bilmədiyi üçün Suriya baş nazirinin müavini Qədri Cəmil istefaya göndərilib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onun işdən azad edilməsi səbəbləri sırasında «iş yerində tapılmaması, iqtisadi sahədə vəzifəsini yetirə bilməməsi, eləcə də Suriya hakimiyyətinin razılığı olmadan xaricdəki tədbirlərdə görüşlər keçirməsi» də var.

 

Xarici informasiya vasitələrinin məlumatına əsasən, o, Cenevrədə ABŞ-ın rəsmi təmsilçiləri  ilə görüşüb.

 

Q.Cəmil  İslahatlar və Azadlıq Uğrunda xalq Cəbhəsinin baçısıdır və Bəşar Əsədin Bəəs  Partiyasının üzvü deyil. Mənbə bildirib ki, Suriyada onu rusiyayönlü siyasətçi sayırlar.

 

Mənbənin xatırlamasına əsasən, Q.Cəmil oktyabrın 26-da Dəməşqi tərk etmiş ABŞ-ın Suriyadakı səfiri Robert Fordla görüşüb. Bunu Dövlət Departamentinin təmsilçisi Cen Psaki də təsdiqləyib.

 

Psaki bildirib ki, görüş zamanı onlar Bəşar Əsədin istefasından sonrakı vəziyyəti müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2000
avatar

Oxşar yazılar