Banqladeş sahillərinə "Mahaşen" qasırğasının yaxınlaşması ilə əlaqədar sakinlərin evakuasiyasına başlanılıb.
Lent.az-ın ANCPRESS-ə istinadən verdiyi xəbərə görə, qasırğa artıq Banqladeşin cənub sahillərinə çatdığı üçün on minlərlə adam evakuasiya edilib. Ümumilikdə 1 milyon adamın köçürülməsi planlaşdırılır. Sakinlər evlərini tərk edərək, müvəqqəti sığınacaqlarda, hökumət binalarında, otellərdə və məktəblərdə məskunlaşıblar.
Qeyd edək ki, "Mahaşen" qasırğası leysan yağışlarla müşayiət edildiyi üçün Banqladeşin cənubunda daşqına səbəb olub.
Qasırğa Myanma və Şri-Lanka ərazisi də daxil olmaqla, regionun 8 milyondan çox sakini üçün təhlükə törədir.