Banqladeşdə müxalifət tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşma nəticəsində azı 6 nəfər həlak olub, onlarla aksiyaçı yaralanıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda ölkə polisi açıqlama verib.
Mənbə bildirib ki, ölkənin cənubundakı Köks-Bazar şəhərində hərbçilər iki nümayişçini güllələyib.
Ölkəboyu etirazçılarla hərbçilər arasında toqquşmanın baş verdiyinə dair xəbərlər yayılmaqdadır.
Müxalifət gələn ilin yanvarında keçiriləcək seçkiqabağı hakimiyyətin tərəfsiz qüvvələrə verilməsini tələb edir.
Hakimiyyət isə öz növbəsində seçki keçirilən zaman hökuməti ölkədəki bütün siyasi qüvvələrdən formalaşdırmağı təklif edib. Müxalifət isə bu təklifi qəbul etməyib