İraqın paytaxtında silahlı şəxslərdən ibarət qrup şəhər ərazisində fəaliyyət göstərən bir neçə şərab mağazalarına hücum törədib, nəticədə 12 nəfər qətlə yetirilib.
APA-nın “İtar-Tass”a istinadən verdiyi xəbərə görə, bu barədə yerli rəsmi qurumlar açıqlama verib.
Məlumata görə, 4 avtomobildə hərəkət edən silahlı qrup Bağdadın qərbində bir neçə şərab mağazasına basqın edərək 12 nəfəri qətlə yetirib.
İnsidentin təfərrüatları barədə hələlik məlumat yoxdur.