İraq paytaxtı Bağdadda baş vermiş partlayış nəticəsində azı 7 nəfər həlak olub, 23 nəfər yaralanıb.
Lent.az-ın məlumatına görə, polis bildirib ki, qanlı olay mina quraşdırılmış avtomobilin partlaması nəticəsində baş verib.
Hələlik partlayışın məsuliyyətini üzərinə götürən yoxdur.