“Azəri Vəhdət” Latviya–Azərbaycan Cəmiyyətinin prezidenti, biznesmen Əlirza Hüseynovun Riqa şəhəri yaxınlığında tikdirdiyi “Bakı” restoranını yerli sakinlər birmənalı qarşılamayıblar. Lent.az-ın məlumatına görə, bu barədə “apriņķis.lv” saytı xəbər yayıb.
Sakinlər yol kənarındakı Allah evinin böyük ölçülü olmasına təəccübləniblər. Saytın araşdırması nəticəsində məlum olub ki, narahatçılıq üçün əsas yoxdur. Çünki məscidə bənzəyən tikili əslində “Bakı” restoranı imiş. Həmyerlimiz isə restoranı şərq üslubunda tikdiribmiş.
Hazırda Latviyada müsəlmanlara məxsus 23 dini təşkilat qeydiyyatdan keçib.